Qubadlı rayonunda veteranlarla məktəblilərin görüşü keçirilib

Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsüylə, İdman və Gənclər İdarəsinin və Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin təşkilatçılığı ilə Dəmirçilər, Hal, Qubadlı şəhər 4 saylı orta məktəblərinin müəllim və şagird kollektivlərinin müharibə veteranlarının görüşü keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov məlumat verib.

Tədbirdə şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi.


Görüşdə Şanlı Ordumuzun Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığı parlaq qələbədən və torpaqlarımızın 30 illik işğaldan azad edilməsindən söz açıldı. Hər kəsin Vətən qarşısında vətəndaşlıq borcu olması xatırladıldı.

Təyyar Eminov bildirdi ki, Zəfərin qazanılmasında birbaşa iştirakçı olan fədailərlə yanaşı, arxa cəbhədə hesab olunan, lakin ön cəbhədən geri qalmayan fədakarlıq nümayiş etdirən, milli birliyini əməlləri ilə ifadə edən böyük bir Xalq var idi! Böyüklü-kiçikli hər kəsin cəbhə üçün çalışması, Ordunu yüksək əhval-ruhiyyədə saxlamaq, ona öz dəstəyini nümayiş etdirmək, Qələbədə öz-şəxsi töhfəsini vermək bir yarış halına gəlmişdi. Yetişməkdə olan gənc nəsil bunları unutmamalıdır.


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: