Beyləqan rayonu Şərq qəsəbəsində şəhid Fərid Təyyar oğlu Nağiyevin əziz xatirəsinə həsr olunmuş Şəhid Bulağı Xatirə kompleksinin açılış mərasimi keçirilib.
Şəhid Nağiyev Fərid Təyyar oğlu 08.06.1996-cı ildə Beyləqan rayon Şərq qəsəbəsində anadan olub.
2013-2017-ci illərdə DSX Akdemiyasımın ucuş mühəndisliyi ixtisası üzrə Ali hərbi təhsil alıb.
16.08.2017-ci ildə DSX-nin xüsusi hava əməlyatları qüvvələri komandanlığının N saylı hərbi hissəsində ekupaj komandiri, təyyarəçi şturman vəzifəsində xidmət etmişdir.
44 günlük Vətən müharibəsi zamanı xüsusi tapşırıqla Qazax, Ağstafa rayonlarına ezam edilmişdir.
30.11.2021-ci il Xızı rayon Qaraheybət hərbi avisya paliqonu üzərində hərbi təlimlər zamanı 13 yüksək rütbəli zabitlərlə bərabər 20136 bort nömrəli Mi-17-1v tipli helekopterlə qəzaya uğramış və şəhid olmuşdur.
08.06 2022-ci ildə şəhid Nağiyev Fəridin adının əbədləşdirmək ücün Şəhid Bulağı kompleksinin açılış tədbiri kecrildi.

Tədbirdə kənd sakinləri, şəhid ailələri, şəhidin xidmət yoldaşları, şagirdlər, müəllimlər və Qazi və şəhid ailələri ilə bağlı işin təşkili şöbəsinin müdiri Heybət Əliyev iştirak ediblər.
Tədbirdə iştirak edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbələri və vəteranlar şəhidin keçdiyi döyüş yollarından danışdılar.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından şəhidin aləsinə baş sağlığı verərək, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov şəhidin ailəsinə Fəxri fərman təqdim etdilər.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan








