AVMVİB Suraxanı rayon şöbəsi veteranları Qazi ailələrinə baş çəkiblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, YAP Suraxanı rayon şöbəsi Veteran ilk təşkilatının sədr müavini 2-ci qrup müharibə əlili Qazıbəyov Rahib və AVMVİB Suraxanı rayon şöbəsinin fəal üzvü 1-ci Qarabağ müharibəsində döyüşlər zamanı yaralanmış, müharibə veteranı Seyidov Şövqi, təşkilatımızın üzvü, 44 günlük Vətən Müharibəsində yaralanmış, Qazimiz Elmin Şabizadə yeni əməliyyatdan evinə sağ salamat evimə döndüyü ücün ona baş çəkmiş, onun vəziyyəti ilə maraqlanmışlar.


Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov dedi:


— Sonra isə 2021-ci ilin noyabr ayında rəhmətə getmiş Vətən müharibəsində yaralanmış və 2-ci qrup qazimiz Əlizadə İslamın ailəsigilə baş çəkmişlər. Onların vəziyyəti ilə maraqlandıq, ailəsinə «bu gün İslam yoxdur, bizlər daimi sizin yanındayıq», deyə onlara təsəlli olduq.

Bu xəbəri paylaşın: