ŞƏRƏFLİ ZABİT ÖMRÜ- NURİYEV NURU HƏMZƏ OĞLU — 70

    İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür.  Yaşın üstə yaş gələndə  daha da  kamilləşirsən. Belə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi,  sadəliyi və vətənpərvərliyi  ilə seçilən «Azərbaycan Vətən   Müharibəsi Veteranları» İctimai Birliyinin Səbayil Rayon şöbəsinin üzvu     istefada olan Mayor  Nuriyev Nuru Həmzə oğludur.  İyun ayında onun 70 yaşı tamam oldu.

      Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Müharibə Veteranı istefada olan Mayor Nuriyev Nuru Həmzə oğlunun  70 yaşının tamam olması münasibətilə onu «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin (AVMVİB) rəhbərliyi  və» Azərbaycan Vətən Müharibəsi  Veteranları » İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can  sağlığı və həyat yollarında  bitib — tükənməyən naliyyətlər  arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin,hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

      Mayor Nuriyev Nuru Həmzə oğlu  1952 -ci ilin  iyun ayında  Azərbaycan Respublikasının Salyan rayonun  Qarabağlı kəndində anadan olub.

      1967 -ci ildə   Salyan rayonun  Qarabağlı kənd orta məktəbin səkkizinci sinfini , 1969 -ci ildə  Salyan rayonun  Kərimbəyli kənd orta məktəbin 10 -cu sinfini,  1976 — ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin  Leninqrad  (indiki Sankt -Peterburq) şəhərində Xüsusi milis məktəbini və 1988 — 1993-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

      1970 — 1972 ci İllərdə  Sovet Ordusunun  Belarusiya Respublikasnda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə  ( mühəndis —  istehkam manqa komandiri vəzifəsində ) olub.

     Nuru  Həmzə oğlu Nuriyev  1972 — 1979 — cu illərdə, Vitebsk şəhərində,  Komi Respublikasında,  Arxangelski Vilayətində yerləşən   SSRİ Daxili İşlər Nazirliyinin   Daxili işlər Orqanlarında  müvafiq  vəzifələrdə işləyib.

     O, 1979 — 1991 — ci illərdə  Daxili İşlər Nazirliyinin   Bakı şəhərində yerləşən İslah- Əmək (Cəzaçəkmə) müəssisələrində  dəstə rəisi və baş əməliyyatcı  vəzifələrində  olub.

      1992 — 1994- ci ilərdə  Azərbaycan Respublikasının Daxili Qoşunların  Baş İdarəsinin  Əli-Bayramlı  ( İndiki Şirvan) şəhərində  və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində Alay komandirinin maddi -texniki təminat xidmətləri üzrə müavini vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib

      Mayor Nuriyev Nuru Həmzə oğlu  24- ildən çox şərəfli mənalı  xidmət yolunu hərbi xidmətdə  və Daxili işlər Orqanlarının müvafiq strukturlarında keçirərək ona həvalə edilmiş vəzifə və tapşırıqları şərəf və məsuliyyət hissi  yerinə yetirib.

      O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

      Azərbaycanın ərazi bütövlüyü uğrunda Füzuli  və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.

     Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

     Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında,  respublikada əmin amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizə də, eləcə də də SSRİ  və Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında və Daxili Qoşunlarında  xidmət etdiyi illər ərzində ona həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, Daxili İşlər Nazirnin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin,  islah — əmək müəssisə rəsinin  əmrləri ilə,   müvafiq medalarla, əla xidmətlərə görə döş    nişanları ilə təltif olunub,  fəxrı fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

NURU NURİYEV  70 YAŞIN MÜBARƏK !!!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: