BU SAVAŞ BİTMƏYƏCƏK – QİYAMƏTƏ QƏDƏR DAVAM EDƏCƏK…

Qurban Vahidov

Araşdırmaçı – analitik

Putin yeni işğal anonsunu verir: “…Bu ölkələrin yaşama şansı yoxdur…” Müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət yoxdur.

Bunu Rusiya Prezidenti Vladimir Putin gənc sahibkarlarla görüşündə deyib.

«Dünya sürətlə dəyişir. Və bir növ liderliyə iddialı olmaq üçün hər hansı bir ölkə, xalq, etnik qrup öz suverenliyini təmin etməlidir” — Putin bildirib. Onun sözlərinə görə, müstəmləkələrin sərt geosiyasi mübarizədə sağ qalmaq şansı yoxdur.

«Əgər bir ölkə və ya bir qrup ölkə suveren qərarlar qəbul edə bilmirsə, o, artıq müəyyən dərəcədə müstəmləkədir və müstəmləkənin belə sərt geosiyasi mübarizə şəraitində yaşamaq üçün tarixi perspektivi, şansı yoxdur», — Rusiya lideri qeyd edib.

Anladınızmı hörmətli oxucu? Əgər anlaşılan olmadısa, o zaman izah edim, Putin — Rusiyanın tarixi təsir zonası hesab etdiyi bütün ölkələri əsarət altına almağa, öz müstəmləkəsinə çevirməyə hazır olduğunu bəyan edir.

“I Pyotr ərazilərimizi qaytarıb,  möhkəmləndirdi, bu tale bizim də qismətimizə düşdü”, — Putin öz məqsədlərini çox konkret şəkildə qeyd edir. Və burada təsadüfü deyil ki,  bir gün əvvəl “Vahid Rusiya”nın deputatı Yevgeni Fedorov,  SSRİ  Dövlət Şurasının,  6 sentyabr 1991-ci il tarixli, “Litva Respublikasının müstəqilliyinin tanınması” haqqında qərarın  ləğvi haqqında qanun layihəsini  Dövlət Dumasına təqdim etmişdir.

Fedorovun fikrinə görə, qərar qanunsuzdur, çünki Litvada SSRİ-dən ayrılmaq üçün referendum keçirilməyib və  “bütün mübahisəli məsələlərin nəzərdən keçirilməsi üçün keçid dövrü yaradılmayıb”. Deputat öz təşəbbüsünü şərh edərək bildirib ki, SSRİ Dövlət Şurasının “SSRİ dövlətini ərazi bütövlüyündən məhrum etmək və ərazilərini vermək” hüququ yox idi.

Fedorov həmçinin əlavə edib: “…Nəzərə alsaq ki, Sovet İttifaqının hüquqi varisi barədə keçirilmiş Konstitusiya ilə bağlı referendumda, Rusiya Federasiyası  varis müəyyən olunub o, zaman onun ərazi quruluşu məsələləri birbaşa bizə aiddir. Biz  Qorbaçovun dövründə  törədilən qanun pozuntularını qaydaya salmalıyıq. Bu, təkrar edirəm, heç də onun şəxsi təşəbbüsü deyildi…”.

Putin Rusiyasında Dövlət Dumasının deputatlarının ümumiyyətlə şəxsi təşəbbüs hüququ yoxdur. Onlar ancaq tapşırıqları yerinə yetirirlər. Beləliklə, belə qənaətə gəlmək olur ki, Rusiya təkcə Ukraynanı deyil, həm də keçmiş SSRİ-nin bütün respublikalarını udmağa hazırlaşır. Növbəti hədəf — Litvadır.

Hesab edirəm ki, dünya düzəninin yenidən şəkillənməsi uğrunda mübarizə, Türk Dövlətləri Təşkilatının yaranması və 2020-ci il, Vətən Müharibəsində Azərbaycan və Türkiyənin tarixi qələbəsindən sonra baş verir. Azərbaycan tək “dünya erməniliyinə” yox o, cümlədən beynəlxalq imperializm üzərində də qələbə qazandı.  44 günlük müharibə dövründə erməni havadarları hər gecə-gündüz hərbi yük təyyarələri ilə daşnaklara silah daşıdı, hətta Rusiyanın Cənub Hərbi Dairəsindən  4 ədəd “İskəndər” OTR “yoxa çıxaraq” Ermənistanda peyda oldu. Düşmənlərimizin, düşmənə hərbi yardımları da kömək etmədi. Çünki, döyüş meydanında Azərbaycan Ordusu idi.

 Əvvəlki yazılarımda qeyd etmişəm ki, Qarabağı, Suriya və Ukrayna məsələsindən ayırmaq olmaz. Bunlar biri-birini tamalayan süni “münaqişələrdir”.  Qarabağda biabırçı məğlubiyyətdən sonra beynəlxalq imperializm Suriya, Yunanıstanda gərginliyi artırır.

ABŞ Türkiyəyə satmaqdan imtina etdiyi silah və hərbi avadanlığı PKK-nın Suriyadakı qollarına verib. “Haber7”  xəbər verir ki, ABŞ-ın 100 TIR ağır silahı mayın 15-i və 20-si tarixlərində İraq-Suriya sərhədindən keçirilərək terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”-yə təhvil verilib.

Silahların arasında 80 və 120 mm-lik minaatan, “MK19” bombaatan, “M4” “Gabrine” və “M16” tipli avtomat silahlar, “Humwee” hərbi avtomobili, “Cougar” tipli Piyadaların Zirehli Maşınlar və ABŞ-ın Türkiyəyə satmadığı tankəleyhinə “FGM148 Javelin” raket qurğusu da var. ABŞ-ın PKK/YPG-ni dəstəkləməsi Türkiyə ilə müttəfiqlik münasibətlərinə ciddi zərbə vurur. PKK, PYD, YPG və digər terror təşkilatlarının fəaliyyətini aktivləşdirərək onları silah-sursatla təmin edən ABŞ, bu terror qrupları vasitəsi ilə Türkiyəyə təsir etmək istəyir.

Qarabağ məsələsində Rusiya yenə təxribatlar edərək barışın nail olmasına maneçilik törədir. Aprel ayından Ermənistanda daşnaklar, rusmeyilli qüvvələr hakimiyyət dəyişikliyi etmək istəyirlər.  Azərbaycanın ərazi bütövlüyünün tanımadıqlarını,  “Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq” kimi faşist-millətçi şüarlar səsləndirirlər. Məsələnin təhlükəli tərəfi isə,  Baş nazir seçkisini, parlament seçkilərini uduzan daşnak — Sarqsyan, Koçaryan kimi qatil hərbi canilər Zəngəzurda (ermənilər Syunik adlandırır) mer seçkilərində qalib olublar. Rusiyanın bizə arxadan zərbə vura biləcək qorxulu davranışı, Zəngəzur və Qarabagda referendum keçirərək bu əraziləri “Rusiyaya birləşdirməsi” oyunu ola bilər. Bunula bir zərbəyə iki hədəf vurmaq planlıyır:

1. Qərb meyilli Paşinyan hakimiyyətinin dayaqlarını sarsıdılması. Paşinyanın qərb kursu ruslara aşıq təhlükə yaradarsa o, zaman Ermənistanın parçalanması (Rusiyaya qatılması),  planının işə düşəcəyi ehtimalı mövcuddur.

 2. “Qarabağı Rusiyanın tərkibinə daxil etməklə” Azərbaycanı çətin duruma soxmaq və özündən asılı vəziyyətə salmaq.

Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində çıxışından iki məqamı diqqətinizə çatdırmaq istərdim. Prezident çıxışında erməniləri, ilk dəfə haqlı olaraq “FAŞİST” adlandırdı və mətbuat ordusuna, məqalələrində bu ifadənin işlədilməsi işarəsini vermiş oldu. İkincisi, çox mühüm məsələ, Prezidentin: “Beynəlxalq Hüquq işləmir” ifadəsidir. Bununlada aydın olur ki, artıq dünyada Beynəlxalq Hüquq yoxdur, ayaqlar altına atılıb, cəmiyyət cəngəllik, “vor zakon”lar qanunu ilə idarə olunur.

Vətən Müharibəsində qardaş Türkiyənin mənəvi dəstəyini də xristian ölkələr unutmayıb. Suriyada PKK, Qarabağda erməni terorçuları,  Qərbin biz Türklərə qarşı əsas təxribat silahları olmuşdur. 100 illərdir, Qərb məharətlə PKK və ermənilərdən maşa kimi istifadə edir. Bu iki təhlükəli “çiban”,  qara yaranın biri – Qarabağ yarası, Azərbaycan və Türkiyənin müttəfiqliyi sayəsində kəsilib atıldı. Qərbin, Rusiyanın planları pozuldu, Rusiyanın nəinki, “müttəfiqi” Ermənistan məğlub oldu o, cümlədən dünyanın gözü qarşısında Rusiya silahlarının yarasızlığının biabırçı məğlubiyyəti aşkar oldu. Bax bunlara görə ABŞ, Rusiya və Avropa Qarabağ məğlubiyyətini həzm edə və unuda bilmirlər.

Belə ki, Qərb və Rusiya Turan təhlükəsini və Türkiyənin regional oyunçudan, beynəlxalq oyunçu çevrilməsini, Azərbaycanın regionun  söz sahibi ölkələrindən olmasını  anlayaraq dünyada gərginlik ocaqlarının sayını artıraraq,  bəşəriyyəti  III- dünya savaşına sürükləyirlər. Bu təxribatın öncülləri ABŞ və Rusiyadır. Hədəfləri Türkiyə və Turanın qarşışını almaqdır.

Son günlər Yunanıstan Baş nazirinin Aralıq dənizində, adalara təxribatçı səfərləri, adaların silahlandırılması, ABŞ və Avropanın Yunanıstanda hərbi bazaların sayının 9 çatdırmasını göstərmək olar. “…Bunlar Rusiyaya qarşıdırmı? Inandırıcı görünmür” deyə Prezident Ərdoğan bildirdi. Yunanıstanın  ərazisindən iki dəfə böyük hava məkanına sahib olmaq kimi əsassız iddiaları, qonşu ölkələrin haqlarını və təhlükəsizliklərini təhdid edir.

Tarixdən nəticə çıxarmayan Qərb yenidən Türk dünyası üzərinə Səlib yürüşünə başlamaq arzusundadır. Gələcək müharibəyə hazırlıq kimi Türkiyə lirəsinin dəyərdən salaraq, ölkədə iqtisadi vəziyyəti ağırlaşdırmaq planlarını işə salıblar. Türkiyənin daxilində satqın, qərbyönümlü “Millət İttifaqı” deyilən altılıq formatının fəallaşması fonunda məsələlərin nə qədər ciddi olduğu qeyd edilənlərə şahidlik edir.

Türkiyə Prezidenti, hörmətli Rəcəb Təyyub Ərdoğan Yunanıstanın təxribatçı hərəkətləri bağlı: “Aklınızı başınıza yığın, kimseye güvenmeyin, bir gece ansız geleriz. Şaka yapmıyorum, ciddi konuşurum” söylədi. Qərb, xüsusən Fransa və Almaniya  Ukrayna savaşının bitməsi üçün gizli fəaliyyətə başlayıblar. Onların planına görə, savaş Rusiyanın “sifəti qorunmaqla” və Ukrayna ərazi itkisinə məruz qalmaqla yekunlaşmalıdır. İndi isə Yunanıstanı qızışdırmaqla yeni gərginlik ocağı yaratmağı düşünürlər

Türkiyə və Azərbaycan öz milli maraqlarını və haqlarını qorumaq üçün hər cür ekstremal vəziyyətə hazır olmalı və ehtiyac duyularsa adaları silahsızlaşdırmaq üçün hərbi əməliyyatlara başlamalıdır.

Bu xəbəri paylaşın: