ŞƏRƏFLİ GENERAL ÖMRÜ: GENERAL- MAYOR RAMİZ MƏMMƏDOV — 82

General-mayor Ramiz Məmmədov Ulu Öndərin ideyalarına, dövlət basçımızın yürütdüyü uğurlu siyasətə, dovlətçiliyə sadiq, hər zaman sözü ilə əməli bir olan, ali zabit kimi səciyyələndirilir.


O, qanunvericiliklə Daxil İslər orqanlarına, Daxil Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsəsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, ictimai qaydaların qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Daxili İslər nazirinin müavini və Daxili Qoşunların komandanı kimi kuratoru olduğu xidməti sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib, dövlətin konstitusion qurluşunun mudafiəsində, əmin — amanlğın təmin edilməsində, diqqətə layiq xüsusi rolu olub. Zamanında Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən doyüşlərdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.

Azərbaycan Vətən Muharibesi Veteranlarının ictimai Birliyi (AVMVİB) rəhbərliyi, Fedai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev istefada olan general mayor Məmmədov Ramiz Xosrov oğlunu (12 .06.1940) doğum günü münasbətlə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzu edirik.


Genral-mayor Ramiz Məmmədov mənalı həyatının 44 ilini Daxili İslər orqanlarına, Daxil Qoşunlara və Mərkəzi Komitədə müvafiq vəzifəyə həsr edərək şərəfli yol keçib. Vətənə və xalqa sədaqətlə xidmət edib. Rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işguzarliğı və mənəvi keyfiyyəti ilə, ölkə prezdentinin və Daxil İşlər Nazirliyinin daimi diqqət mərkəzində olmuşdur.

General-mayor Ramiz Məmmədovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə onun bilavastə rəhbəri tərəfindən yuksək qiymətləndirildiynə görə bir sıra medalla, döş nişanları, orden və Fəxri Fərmanla mükafatlandırlıb.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədr müavini, polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: