Peşəkarlığı və humanistliyi və səmimiyyəti ilə secilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında kecirən ehtiyatda olan mayor Nüşravan Əliyevin iyun ayının 13 -də 50 yaşı tamam oldu.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan mayor Əliyev Nüşravan Mehti oğlunu doğum günü münasibətilə
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin neymət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə istəklərinə
qovuşduraraq daha da xoşbəxt etsin daha da xoşbəxt etsin.
Mayor Əliyev Nüşravan Mehti oğlu 1972 — ci ilin iyun ayının 13 — də Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olub.
1989 -cu ildə Şamaxı şəhər tam orta məktəbi, 1996 -cı ildə isə Azərbaycan Texniki Universitetini bitirmiş, 1996 — cı ildə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox metodiki- təlim toplanışlarda, Xüsusi — taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib .
1996 — 2018 -ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində, Binəqədi, Nərimanov, Lənkəran,Gəncə, Bərdə və Zaqatala rayonlarında
yerləşən hərbi hissələrdə avtomobil və zirehli texnika taqım komandiri, avtomobil və zirehli texnika bölük komandirinin müavini, avtomobil və zirehli texnika bölük komandiri, hərbi hissənin avtomobil və zirehli texnika xidmət rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Nuşirəvan Əliyev 2018 -ci ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarından ehtiyata buxıldıqdan sonra Şamaxı rayon ASAN xidmət Mərkəzində Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləyir.
0, 1993 — cü ildə «Cudo» və » Karete » üzrə Azərbaycan Respublikasınında keçirilən yarışda ölkə çempionu, 2009- cu ildə isə Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələri arasında «Gülə Atıclığı» üzrə birincilik yarışında 1 ( birinci) yerin qalibi olub.
Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin
axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan
qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun
müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai
əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
:- » Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubileymedalı ilə;
- «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
- — «Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
- » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
- » Daxili Qoşunların yaranmasının 15 illiyi» medalı ilə
NUŞİRAVAN BƏY, 50 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev





