Rusiya prezidenti Vladimir Putin son vaxtlar Dəli Pyotr deyilən I Pyotru tez-tez xatırlamağa başlayıb. İndi də bəyan edib ki, imperator Birinci Pyotrun Rusiya qarşısında xidmətləri çox böyükdür. Bu barədə Kremlin saytı məlumat yayıb. «Biz əcdadlarımızın nailiyyətləri və hərbi qələbələri ilə qürur duyuruq, onlar irəliyə getməyə can atıb və bunu bacarıb, yeniliklər fəth edib, vətənin inkişafına nail olub, vətəni döyüşlərdə müdafiə edib və dünyada onun layiqli yerini təmin edib. Bütün bu istiqamətlərdə imperator Birinci Pyotrun xidmətləri, təbii ki, çox böyükdür», — deyə bunları Putin dövlət mükafatlarının təqdim edilməsi mərasimində bəyan edib.
Onun sözlərinə görə, bugünkü Rusiya Birinci Pyotrun xatirəsini böyük ehtiramla yad edir, çünki məhz onun zamanında ölkəmiz güclü, böyük dövlətə çevrilib. Putin xatırladıb ki, imperator dövlət idarəçiliyində, iqtisadi inkişafda, güclü ordu və donanmanın yaradılmasında və başqa sahələrdə köklü dəyişikliklərə nail olmağa müvəffəq olub. Az öncə də Vladimir Putin bəyan etmişdi ki, Birinci Pyotr əraziləri geri qaytarıb və müasir Rusiyanın taleyinə eyni missiyanı daşımaq düşüb.
Əslində Dəli ayamalı I Pyotrun elə nəhəng qələbələri olmayıb və bu bir uydurmadır. Onun Poltovadakı qələbənin eyforiyası və xristiyan slavyanları üsyana təşviq edəcəyini düşünərək, türklərə hücum planladığı barədə tarixi məlumatı yazmışdıq.
Bir daha xatırlatmaq yerinə düşər. Pyotr ümid etdiyi kimi heç nə baş vermədi. Osmanlı ordusu çox sürətli hərəkət etdi və Dunay çayını keçdi. 60 min əsgərə qarşı 140 minlik Osmanlı ordusunu görən Pyotr qaçmaq istəsə də, məğlubiyyət qaçılmazdı. Sayca üstün olan Osmanlılar qısa müddətdə rus ordusunu mühasirəyə aldılar. İyulun 20-də bütün Rus ordusu Dunay çayına doğru sıxışdırıldı. Qaçmağa belə yerləri yox idi.
Rus ordusu səngər qazıb qalan əsgər və toplarla yaxşı bir müdafiə xətti qurdu. Lakin Osmanlılar uzun müddət Rusiya ordusunu mühasirəyə alacaq gücə sahib idilər. Ancaq rus ordusunun ərzaq və sursatları tükənməkdəydi.

Böyük Pyotr bu mühasirədən çıxılmaz vəziyyətdən qurtulmağın yollarını axtarırdı. Osmanlı ordusu son hücum əmrini səbirsizliklə gözləyirdi.
Sədrəzəm Baltaçı Mehmed Paşa da hücum əmri verməsi üçün uyğun anı gözləməkdəydi.
Bu anda tarixin gedişatını dəyişdirən bir şey oldu. Pyotrun arvadı, alman əsilli kraliça Yekaterina, Osmanlılara sülh təklif etmək üçün Baltaçı Paşanın çadrına gəldi…
Rusların bu gün də tumanına sığındığı alman çariça, şair demiş, «rus tanklarının girmədiyi yerə, yəni yatağa girdi». Gerisi təfərrüat…
Bu günədək bu hadisə barədə dedi-qodular bitməyib.
Osmanlı sədrəzəminin sadə bir kağız parçası ilə və Yekaterina ilə yatmasına görə razılaşması mümkün deyildi. Ona və onun yanında olan mühüm dövlət xadimlərinə zərgərlik, pul və hədiyyələrlə dolu 7 araba göndərilmişdi. Bu puldan öz paylarını alan Sadaret Kethüdası Osman Ağa və Sadaret məktub daşıyanı Ömər Əfəndi edam edildilər. Baltacı Mehmed Paşa Sultan III Əhməd tərəfindən 20 noyabr 1711-ci ildə işdən çıxarıldı və Maldilinə sürgün edildi. Baltacı Mehmed Paşa 1712-ci ildə vəfat etdi.
Bu hadisəylə bağlı mən eşitdiyim əhvalat belədir: «Vəziyyətin çıxılmazlığını görən Yekaterina Baltaçı Mehmed Paşanın çadrına gəlir. Satlarca orada qalır. Arada gözətçi yeniçəri gəlir və deyir ki, paşam, paşam Rusiya bizə hücuma başladı. Paşa deyir: «Qorxma əsgər, bütün Rusiya mənim yatağımdadı»…
Beli qırılmış Baltaçı Paşa bir ulusun gələcəyini «belini qorumadığı üçün satdı». Dəli Pyotr xilas oldu və faktiki böyük qələbə əldən verildi.
Xaqani
