Ukrayna ordusu əks-hücum zamanı Xerson vilayətində bir neçə yaşayış məntəqəsini azad edib.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
«Rusiya ordusunun cənubda onlarla hücum cəhdinin qarşısı artıq alınıb. Ukrayna SQ-nin əks-hücumu sayəsində Xerson vilayətində bir neçə yaşayış məntəqəsi artıq azad edilib», — deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski müraciətində deyib: «İyun ayında Ukraynaya qarşı müharibədə Rusiyanın itkiləri 40 min əsgəri keçə bilər».
Onun sözlərinə görə, Rusiya döyüşlərdə təcrübəsiz çağırışçılardan istifadə etməyi planlaşdırır:
“Rusiya ordusu Donbasa ehtiyat qüvvələr göndərməyə çalışır. Bəs onların indi hansı ehtiyatları ola bilər? Görünür, zəif təlim keçmiş çağırışçıları və gizli səfərbərlik zamanı toplananları döyüşə atmağa çalışacaqlar”.
Zelenskinin fikrincə, bu dəfə Rusiya üçün görünməmiş itkilər olacaq.
