Artur Ağacanov: «Zatulin bilərəkdən Ermənistan-Azərbaycan dialoquna xələl gətirir»

Qarabağ Erməniləri Hərəkatının lideri Zatulini ittiham edib.

Bu barədə Qarabağ Erməniləri Hərəkatının lideri Artur Ağacanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

O deyib ki, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin hərəkətləri Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmağa yönəlib.

Ağaçanov qeyd edib ki,  Zatulin iyunun 1-4-də Ermənistanda səfərdə olub.

  • “Səfərin məqsədi “mövcud ictimai-siyasi vəziyyət və Qarabağ münaqişəsinin həlli prosesi ilə tanışlıq” elan edilib. Bu səfər çərçivəsində Zatulin separatçıların keçmiş və indiki qondarma “liderləri” görüşüb.
  • Sual olunur ki, Zatulin onlarla hansı məqsədlə görüşüb? Fikrimcə, bu, cənab Zatulinin növbəti və məqsədli təxribatıdır.
  • Ona görə də belə səfərlər yalnız Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ziyan vurur.
  • Zatulin və onun kimilər başa düşməlidirlər ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi ləng və çətin olsa da, buna baxmayaraq, düzgün istiqamətdə gedir.
  • Bununla paralel olaraq Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası da həyata keçiriləcək. Və belə dağıdıcı səfərlər Azərbaycanın təşəbbüsü ilə regionda sülh gündəmini dayandıra bilməyəcək”, – deyə Ağacanov vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bu xəbəri paylaşın: