HEÇLİK MƏQAMI…

17 fevral 1959-cu il. Türkiyənin Baş naziri Adnan Menderesin olduğu Türk Hava Yollarına aid təyyarə Londonda qəzaya uğrayır.


Təyyarədə olan 21 nəfərdən cəmi 7 nəfər, o cümlədən də Menderes sağ qalır.


Menderes ölkədə coşğu ilə qarşılanır. Onu qarşılayanlardan biri də CHP başqanı İsmet İnönü idi.


Amma maraqlısı bundan sonra baş verir…

Birdən kütlə arasında bir əlində bıçaq, digər əlində isə bir uşaq tutmuş adam gözə görünür və kütləni yara-yara Menderesə tərəf gəlir. Menderesə çatanda kişi uşağı yerə uzadar, bıçağı onun boğazına dayayıb: “Səni Allah bizə qaytardı, icazə ver mən də oğlumu sənin yolunda qurban kəsim” — deyir.


Menderes və digərləri çaşqınlıq və qanı donmuş vəziyyətdə kişiyə baxırlar. Müdaxilədən sonra uşağı və kişini ərazidən uzaqlaşdırırlar.

Bu hadisədən düz 18 ay sonra, 17 sentyabr 1961-ci il.


Adnan Menderes 1960-cı il çevrilişindən sonra rüşvətxorluqda ittiham edilərək edam edilir. Edam kürsüsünə çıxır, kəndir boğazına keçirilir. Onu həyatla ölüm arasında bağlayan stula zərbə endirilir və Menderes çırpına-çırpına ölür. Bütün proses 8 dəqiqə davam edir.


Heç bilirsinizmi, Menderesin ayaqları altından kətili itələyən kim idi? Bilməyənlər üçün deyirik.


Menderesi qarşılayan zaman oğlunu qurban kəsmək istəyən şəxs, üsküdarlı Kamal Ayson idi…


Bax İnsan oğlu budur…


Adnan Berk Okan

Təqdim etdi: Zəkəriyyə Rəhimov

Bu xəbəri paylaşın: