Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının həyatında öz dəst-xətti olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında kecirən Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan Polkovnik Ağakişi Abdurəhim oğlu Adıgözəlovun iyun ayının 14 -də 67 yaşı tamam olur.
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan polkovnik Ağakişi Adıgözəlovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədr müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Adıgözəlov Ağakişi Abdurəhim oğlu 1955 -ci ilin iyun ayının 14 — də anadan olub.
1972- ci ildə Bakı şəhərində orta məktəbi, 1978- ci ildə SSRİ Daxili İşlər Nazirliyin Daxili Qoşunların Gürcüstan Respublikasında yerləşən əlahiddə Tədris taborunda gizirlər məktəbini, 1981-ci ildə SSRİ Daxili İşlər Nazirliyi
Daxili Qoşunların Vladikafkaz Ali hərbi məktəbi, 2000 -ci ildə isə ABŞ -ın Luizana Ştatının Polis Akademiyasında ixtisas artırma kursunu bitrib.
1974 -1976-cü illərdə Sovet Ordusunda müddətli həqqi hərbi xidmətdə olub.
1997-1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Gürcüstan və Azərbaycan Respublikalarında yerləşən Divziyaların Bakı şəhərində yerləşən Konvoy Mühafizə alayında və Əməliyyat birqadasında tərbiyə bölməsinin təşviqat və təbliğat üzrə təlimatcısının komsomol təşkilatı üzrə köməkçisi, taqım və böluk komandiri, klub rəisi, Diviziyanın Kadırlar bölməsının rəis müavini və kadrlar bölməsinin rəisi vəzifələrində olub.
1992-ci ilin yanvar ayından 2005-ci il dekabr ayına kimi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Sumqayıt şəhərində yerləşən hərbi hissədə hərbi hissə komandiri, Nərimanov rayonunda yerləşən hərbi hissədə hərbi komandiri əvəzi, Daxili Qoşunların Bas İdarəsinin Kadırlar şöbəsinin ilk rəisi , DQBi-nin Qərargahında Əməliyyat şöbəsinin baş zabiti, Döyüş hazırlığı və Əməliyyat şöbələrinin rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Tiflis və Bakıı şəhərində yerləşən Diviziyalarında ( hərbi hissələrində ),Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim müvafiq kurslarda, Xüsusi -taktiki təlimlərdə, Nümunəvi — göstərici məşğələlərdə, Komanda- qərargah məşqlərində , seminar və konfranslarda fəal iştirak edib. Hərbi təcürbə mübadiləsi əldə etmək üçün Xarici ölkələrdə işgüzar səfərdə olub.
Polkovnik Ağakişi Adıgözəlov 1992 -1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam,və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edən Daxili Qoşunların ilk zabitlərindən biri olaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Silahlı Qüvvələr və Müharibə Veteranı istefada olan Polkovnik Ağakişi Adıgözəlov Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində, bir çox komissiyaların tərkibində və məqsədli qurupların rəhbəri olarkən səmərəli fəaliyyəti,işgüzarlığı, mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə daimi Daxili Qoşunlar Komandanın və onun müavinlərinin diqqət mərkəzində olmuşdur.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazırlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, Ali Hərbi Məktəb rəisinin, Diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə » Əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— » Silahlı Qüvvələr Veteranı «medalı ilə;
-» SSRİ Silahlı Qüvvələrin yaranmasının» 70 — illiyi yubiley medalı ilə;
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
— » Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sankt-peterburq Ali hərbi siyasi məktəbin yaranmasının » 70 illiyi yubiley medalı ilə,;
-«Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
-«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə, medal ilə
AĞAKİŞİ BƏY, 67 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev











