Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) fəal üzvlərinin təltifini davam etdirib.
AVMVİB sədri Füzuli Rzaquliyev Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, AVMVİB üzvü, Şəhid Ailələrinə «Qayğı» Cəmiyyəti Xocavənd rayon şöbəsinin sədri Hamlet Gülməmmədovu təşkilatın təsis etdiyi Xatirə medalları ilə təltif edib.
Müharibə veteranı Hamlet Gülməmmədovu təbrik edən AVMVİB sədri Füzuli Rzaquliyev, keçmiş döyüşçünü təbrik edərək Ağdərə və Xocavənd rayonunun da tezliklə azad edilməsiylə bağlı Qələbə sevincləri arzulayıb.
Müharibə veteranı Hamlet Gülməmmədov diqqət və qayğıya görə AVMVİB Rəhbərliyinə öz minnətdarlığını bildirib.
Mərasimdə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov iştirak edib.



