AVMVİB Zəngilan rayon şöbəsi «Son zəng» tədbirində iştirak edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin üzvləri Abşeron rayon Saray qəsəbə Hüseyn Axundov adına 3 nömrəli tam orta məktəbdə təşkil olunan «Son Zəng» tədbrinə dəvət olunublar.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, sədr müavinləri Zakif Abbasov, Qorxmaz Nəsirov və Mehdi Şahməmmədov iştirak ediblər.


Tədbir Azərbaycan dövlət Himninin səsləndirilməsi ilə başladı və Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.


Söz məktəbin direktoru Təyyibə xanıma verildi. Təyyibə xanım məzunlara uğurlar arzuladıqdan sonra Azərbaycan Dövlət Bayrağı mərkəzə gətirildi.


Bütün məzunlar bir bir bayrağa yaxınlaşıb diz çökərək Azərbaycan bayrağını öpüb Vətənə, Dövlətə sadiq vətəndaş kimi xidmət edəcəklərinə and içdilər. Bu səhnə xüsusilə qürurverici idi. Sevindrici hal idi ki yüksək səviyyədə təşkil olunan tədbirin əsas qəhrəmanı, Abşeron rayonunda ən yüksək bal toplayan həmyerlimiz Fidan Süleymanlı idi. Fidan balamız ilkin nəticıdə 630 bal toplayaraq ən yüksək bal yığan şagird olmuşdur. Fidan balamızı təbrik edir, yeni -yeni uğurlar arzulayırıq.


Süleymanlı Fidan Təhsil Nazii Emin Əmrullayev tərəfindən Fəxri Fərmanla və Həmkarlar İttifaqı tərəfindən pul mükafatı ilə mükafatlandırılmışdır.
Sonda təhsildə fərqlənən şagirdlər, müəllimlər və hətta texniki heyət Fəxri Fərmanlarla təltif olundu.


Tədbiri yüksək səviyyətə təşkil etdiklərinə görə bütün əziyyəti keçənlərə təşəkkürümü bildirirəm.


Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri, Fedai.az saytının müxbiri

Bu xəbəri paylaşın: