Sabunçu rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 84 tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.
Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə məktəbin direktoru, şəhid bacısı Həqiqət Məmişova, müəllimlər, ictimaiyyət nümayəndələri, valideyinlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həqiqət Məmişova qonaqları salamlayaraq, əlamətdar gün münasibəti ilə məzunları və valideynləri məktəbin pedoqoju heyəti adından təbrik edib, onlara yeni nailiyyətlər, cansağlığı diləyib. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan H. Məmişova Prezident İlham Əliyevin gənclərə verdiyi dəyərdən söz açıb. Üzünü məzunlara tutan, direktor onları gələcək fəaliyyətlərində müstəqil ölkəmizin tərəqqisində yaxından iştirak etməyə çağırıb və bu yolda məzunlara uğur diləyib.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq, ölkəmizdə Vətən müharibəsi zamanı əsgərlərimizin göstərdiyi şücaətdən də bəhs edib və bütün düyaya sülh, əminamanlıq diləyib.
Bütün ömür boyu hər kəsin şəhidlərimizə borclu olduğunu bildirən Həqiqət Məmişova, şəhidlərin ruhu qarşısında baş əydiyini qeyd edib.
Şəhidliyin bir məktəb olduğunu bildirən məktəb direktoru, bizlərin o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrəndiyimizi bildirib.
Yekunda bütün Azərbaycan məzunlarına uğurlar diləyib.
Məktəbin dərs hissə müdiri Bəxtiyar Zamanov və onbirincilərin sinif rəhbəri İlahə Nemətullayeva çıxış edərək məzunlara uğurlar diləyiblər.
Sonda son zəng çalınıb, duyğulu anlar yaşanıb və kövrək hisslər keçirən XI sinif şagirdləri müəllimlərindən və doğma məktəbdən ayrılıblar.
Elnur Səlim