Daşnaklar yığnağı «mübarizə metodunu dəyişmək» adıyla dağılışdılar

Axır ki, 1 ay yarımdır ki, Nikol Paşinyana qarşı başlanan nümayişlər iflasa uğradı və Fransa Meydanında kök salmış çadırlar sökülməyə başladı.


Bəhanə də o oldu ki, guya nümayişçilər başqa metodla mübarizəni davam etdirəcəklər. Əslində isə rüsvay şəkildə məğlub oldular.


Erməni yazıçı və rejissor Hovhannes İşxanyan yazır: «Qarabağ hərəkatının bir çox üzvləri sonradan təkcə ideyanı deyil, həm də mübarizəyə qoşulmuş dostlarını tərk etməklə, həm də Qarabağdan da imtina etdilər. Amma maraqlısı odur ki, sanki «Artsaxı» inkar edənlər, onların varisləri demokratiyanı da inkar edirdilər. Nəticədə onlar həm Qarabağı, həm də demokratiyanı inkar etdilər”.


İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: