TƏBRİK: ŞAİQ ƏSGƏROV — 56

   İnsan üçün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də  peşəkarlığı və humanistliyi və səmimiyyəti ilə seçilən  müharibə veteranı istefada olan kapitan  Əsgərov Şaiq  Şahid oğludur. Onun İyun ayının  21- də 56 yaşı tamam olur.

     Müharibə veteranı istefada olan kapitan Əsgərov Şaiq Şahid oğlu  1966 — cı ilin  iyun ayının  21 -də  Azərbaycan Respublikasının Qax  rayonunun Ləkit kəndində anadan olub.

      1983 — cü ildə  Qax rayonunun Ləkit kənd orta məktəbi,  1987 — ci ildə  Sverdlovski Ali hərbi Siyasi tank məktəbini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki təlim toplanışlarda,  xüsusi taktiki təlimlərdə, müvafiq kurslarda,  seminar və konfranslarda fəal iştirak edib.   

      Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı istefada olan kapitan Əsgərov Şaiq Şahid oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     1991 — 2000- ci il tarixlərində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş  İdarəsinin  Zaqatala, Ağdam, Ağdərə, Füzuli,  Xətai rayonlarında və Gəncə şəhərində yerləşən hərbi hissələrində  tabor komandiri, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib.

      1987 — 1991  — ci illərdə  Sovet Ordusunun Belarusiya Respublikasnda yerləşən hərbi hissələrində  böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,  Alayın komsomol təşkilatının katibi vəzfələrində olub.

     2001- 2002 -ci illərdə  Qax rayonun tam orta məktəblərin birində müəllim vəzifəsində işləyib. Hal- hazırda  Daxili Qoşunların Veteranlar şurasının üzvüdür.

        O, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə  iştirak edib .Müharibə Veteranıdır.

       O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

       Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində  baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

      Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə  yanaşdığına görə Daxili İşlər Nazirinin,  Daxili Qoşunların Komandanın və onun müavinlərinin,  Ali hərbi məktəb rəisinin, hərbı hissə komandirinin  əmrləri ilə, müvafiq  medallarla,  əla xidmətlərə görə döş  nişanları ilə təltif olunub., Fəxri fərmanla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞAİQ BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: