Erməniləri pərişan edən daha bir xəbər də Gürcüstandan gəldi. Gürcüstan öz ərazisi ilə keçən TRANZİT haqqını artırıb.
Bu gündən yük maşını sürücüləri 200 Lari (təxminən 70 dollar) əvəzinə 350 Lari (təxminən 120 dollar) ödəyəcəklər. Müvafiq qərarı ölkənin Maliyyə Nazirliyi qəbul edib. Nazirliyin bəyanatında qeyd olunur ki, son 14 il ərzində tariflər dəyişməyib.
Eyni zamanda Gürcüstanda infrastrukturun və magistral yolların beynəlxalq standartlara uyğunlaşdırılmasına 5 milyard Laridən (təxminən 1.3 milyard dollar) çox sərmayə qoyulub.
Bildirilir ki, gediş haqqı təkcə xarici yük maşınları üçün deyil, Gürcüstan ərazisindən tranzit keçən bütün yük maşını sürücüləri üçün də artırılıb.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru
