ŞƏRƏFLƏ YAŞANAN ZABİT ÖMRÜ: AZƏR YUSİFOV — 45

    Yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, sadəliyi, səmimiyyəti, təşkilatçılıq bacarığı və  idarəçilik qabiliyyəti ilə seçilən polkovnik Azər Vidadi oğlu Yusifovun iyun ayının 22 -də 47 yaşı tamam olur.

        Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Polkovnik Azər  Yusifovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  AVMVİB rəhbərliyi və  Azərbaycan Vətən Müharibəsi  Veteranları İctimai Birliyi  AVMVİB sədrinin  müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyata insan üçün ən şirin nemət olan möhkəm can sağlığı arzulayır. Azərin yaşının üstə gələn bu yaş, qoy ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

     Polkovnik  Azər Yusifov 1975 — ci ilin iyun ayının 22 -də Qərbi Azərbaycanın  Zəngibasar mahalının  (Zəngibasar rayonunun) Zəngilər kəndində anadan olub.

      1992  — ci ildə  Bakı şəhər  üzrə  Təhsil  İdarəsinin  96  saylı orta məktəbi, 1996 -cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  hərbi və fiziki  hazırlığ fakültəsini, 1998 — ci ildə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Xəzər rayonunda yerləşən  Tədris Mərkəzində  zabitlərin ixtisas artırma kursunu bitrib. Hal- hazırda Azər  Bakı Dövlət Universitetində qiyabi  təhsil alır. O, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində  və hərbi hissələrində  keçirlən bir çox metodiki -təlim toplanışlarında, müvafiq kurslarda,  xüsusi- taktiki təlimlərdə,   seminar və konfranslarda fəal iştirak edib

     Azər Vidadi oğlu  Yusifov 1996 — 2017 — ci illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Binəqədi,  Xətai,  Nərimanov və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində (hərbi hospitalda) böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,  böluk  komandiri,  tabor və hərbi hissə komandirinin (hospital rəisinin) tərbiyəvi işlər üzrə müavini vəzifəsində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət edib.

    Hal- hazırda polkovnik Azər Yusifov Azərbaycan Dövlət Miqrasiya Xidmətinin müvafiq strukturlarının birində şöbə rəisi vəzifəsində xidmət edir.

   O,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

     Hərbi yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

     Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

    Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və  nümnəvi  xidmətlərinə  görə  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların   məktəb  rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətələrə Görə » döş və yubiley nişanları ilə ,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin  , ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

— » Hərbi Xidmətlərə Görə» medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90-illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

— «Qüsursuz Xidmətə Görə 1 -ci  dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

 — » Silahlı Qüvvələrin yaranmasının»  95 illiyi  ( 1918 — 2013 ) yubiley medalı ilə;

-«Qüsursuz  Xidmətə Görə » 2-ci dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə,

— » Qüsursuz Xidmətə Görə » 3-cü dərəcəli medal ilə — Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

AZƏR BƏY, DOĞUM GÜNÜN MÜBARƏK !!!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: