Xankəndi şəhər və Xocalı rayon veteranları qalib idmançıları qarşılayıblar

Azərbaycan Kinboksinq Fedarasıyasının «Xocalı» İdman Klubunun qalib Kinboksinqçilərini Heydər Əliyev adına Hava limanında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədr müavinləri Nazim Hüseynov, Mürvət Əliyev, AVMVİB- nin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin üzvləri qarşılamışlar.

Türkiyənin Qars şəhərində keçirilən «Kinq of Kinqs» yarışında uğurla çıxış edən 26 idmançıdan 21 nəfəri qızıl, 5 nəfəri isə gümüş medal qazanıb.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.


İdmançılarımızı qələbə münasibətiylə təbrik edirik.


Elnur Səlim

Bu xəbəri paylaşın: