Xatirələr: Yaxşı və pis adamlar…

Hərbi xidmətdən yenicə gəlmişdim…

Ali Hərbi Kəşfiyyat məktəbindən qovulmuşam və sıravi əsgər kimi xidməti başa vurmuşdum…

Vədə 1979-cu il idi…

İki il onun rəhbərliyi altında təsərrüfat xidmətində mühafizədə işləmişəm. Hər axşam 2 saat Abbas Mamedoviçi müşayət edərdim. Mənə həmişə rəhmətlik nəvazişlə yanasardı. Ancaq müavini Boqomolov «oğraşın dal ayağı və alçağın» biri idi…

Gənc olmağıma baxmayaraq qanımı içməyə hazır idi. Hər yerdə bağırardı…

Alçaq bizim dili də mükəmməl bilirdi, ancaq bizim millətə nifrət edərdi. Özü də, güya arvadı azərbaycanlı idi, Bakı şəhər partiya komitəsinin birinci katibi Əli Kərimovun qızı idi…

Mənim 22 yaşım vardı… Abbas Zamanov məni universitetin «yurfak»ına, Albert Salamov isə KGB məktəbinə göndərməyi təklif etsələr də, mən İncəsənət institutunu seçdim. Gələcəkdə vəzifə, yaltaqlıq, ikiüzlülük, rüşvət… Bunlar mənlik deyildi…

Mən incəsənəti və tacirliyi seçdim. Arxamda bir çətən kasıb doğmalarim vardı…

İki il tabeçiliyində işlədiyim (1979-1981, Abbas Zamanovdan başqa bütün rusbaşlıların xainliyini çəkdiyi Yımaz Axundzadədən, həmişə doğma münasibət, ata qayğısı görmüşəm. Məni partiyaya da o keçirmişdi. Mənə görə erməni katiblə (oğraşın adın yazmaq istəmirəm) də mübahisə elədi və soxdu onu layiq olduğu yerə…

Heç bir arxası olmayan, sadə bir internat uşağına həmişə doğma münasibət bəsləmiş, daima ata qayğısı gördüyüm Yılmaz Axundzadəni, Qəşəm Kərimovu, Fikrət Əfəndiyevi, Albert Salamovu heç vaxt unutmamışam və ölənə kimi unutmaram. İndi yalnız Albert Salamov sağdı. Qalanları isə Allahın rəhmətinə gediblər.

Albert Əliyeviçlə isə demək olar ki, hər gün təmasdayıq… Allah internet və whatsapp icad edənlərin ölçüsünə və dirilərinə rəhmət eləsin. Albert Salamov böyük rəğbət bəslədiyi rəhmətlik Heydər Əliyevlə illərcə birgə çalışmış və elə Heydər Əliyev köməkliyi ilə uzun illər birinci şöbənin rəisi olmuşdu. Sonra müstəqil Azərbaycan Respublikasınin ilk xarici işlər nazirinin müavini və bir ilə yaxın isə nazir əvəzi olmuşdur…

Portiretin gördüyünüz şəxs isə Böyük Əhməd Cavadın oğlu, keçmiş Ali Məhkəmənin üzvü, Respublika Prokurorunun müavini, vətənin və millətin dildə deyil, əməldə sevən, ruhu önündə baş əydiyim Yılmaz Axundzadədir.

P.S. Yaxın vaxtlarda işıq üzü görəcək xatirə kitabımda yalnız qeyrətli Azərbaycan övladları barədə oxuyacaqsiniz… Biqeyrətlər barədə oxumaqdan millət yoruldu, vallah…

Elman Mustafazadə

Avropada «Azərbaycanın Dostları» Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Bu xəbəri paylaşın: