Xankəndi və Xocalı veteranları şəhid ailəsinə baş çəkiblər

Xankəndi şəhər və Xocalı rayon veteranları şəhid ailəsinə baş çəkiblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.

AVMVİB Xankəndi şəhər və Xocalı rayon şöbələrinin sədr müavinləri Nazim Hüseynov, Mürvət Əliyev, həmçinin müharibə veteranları şəhid Rzayev Tapdıq Köçəri oğlunun ailəsinə baş cəkiblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev, şəhid ailəsinə AVMVİB Rəhbərliyi adından başsağlığı verib və şəhidlərimizin heç zaman unudulmayacağını bildirib. Qeyd edib ki, Xankəndi və Xocalı veteranları öz döyüş yoldaşlarını unutmurlar.


Allah şəhidlərimizə rəhmət eləsin!

Bu xəbəri paylaşın: