Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına namizəd status alması münasibətilə Ukrayna xalqına müraciət edib.
Müraciətdə deyilir:
«Biz Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağa imkan verəcək lazımı planı tez bir zamanda həyata keçirmək üçün hər şeyi edəcəyik.
Biz mütləq qalib gələcəyik!
Ukraynanın gələcəyi Avropa İttifaqındadır».

Aİ Şurasının Prezidenti Şarl Mişel, Ukrayna və Moldova prezidentləri — Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.
«Avropa İttifaqı indicə Ukrayna və Moldovaya Aİ-yə üzvlüyə namizəd statusu verilməsi barədə qərar qəbul edib. Tarixi bir an. Bugünkü gün sizin Aİ-yə gedən yolunuzda həlledici məqamdır. Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Moldova Prezidenti Maya Sanduya, eləcə də Ukrayna və Moldova xalqlarına təbriklərimi çatdırıram”, — Mişel qeyd edib.
Qərar bu gün Brüsseldə keçirilən sammit zamanı bütün Aİ liderləri tərəfindən yekdilliklə dəstəklənib.
Avropa İttifaqı Şurası Gürcüstana Aİ-yə namizəd statusu verməyib.
Bu barədə məlumatı Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, Şura Gürcüstana Avropa perspektivi tanınmasına qərar verib. Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.
“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan əlaqələrində tarixi bir andır. Gürcüstanın gələcəyi Aİ ilədir” – deyə diplomat bildirib.