Şəhid kapitanın müharibə veteranı polkovnik atası dünyasını dəyişdi

Vətən müharibəsi şəhidi Nəcəf Şikarovun atası Şikar Şikarov vəfat edib.

 Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edək ki, polkovnik-leytenant Şikar Şikarov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Azərbaycan Ordusunun kapitanı olmuş Nəcəf Şikarov isə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

Mənbə: BAKU.WS

Bu xəbəri paylaşın: