AZƏRBAYCAN ORDUSUNUN YARDILMASININ 104 — CÜ İLDÖNÜMÜNƏ HƏSR OLİNMUŞ TƏDBİR KEÇİRİLİB

AZƏRBAYCAN HƏRB TARİXİ  MUZEYİNDƏ, MÜZƏFFƏR AZƏRBAYCAN ORDUSUNUN  YARDILMASININ 104 — CÜ  İLDÖNÜMÜNƏ  HƏSR OLİNMUŞ TƏDBİR  KEÇİRİLMİŞDİR.

      Silahlı Qüvvələrin yaranmasının 104-cü ilinə həsr edilmiş  tədbirdə iştirak etmişlər:  Azərbaycan Hərb Tarixi Müzeyinin rəisi  Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik Əzizağa  Qənizadə,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini Silahlı Qüvvələr və müharibə veteranı» ehtiyatda olan polkovnik Salman Musayev,  Azərbaycan Tarixi Müzeyin rəisinin elmi işlər üzrə müavini  Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda  polkovnik Adil Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin  Yasamalı rayon şöbəsinin sədri  müharibə veteranı, istefada olan mayor  Salman Hüseynov,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri müharibə veteranı Mərdan Ələsgərov,. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədrinin  təşkilatı məsələlər üzrə müavini, müharibə veteranı ehtiyatda olan baş — leytenant  Azad Sadıqov,  Müdafiə Nazirliyinin və Fövqalədə Hallar Nazirliyinin hərbi qulluqçuları  və mülki işçiləri,  Şəhid ailələri, Silahlı Qüvvələr və müharibə veteranları,  Mətubat işciləri, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin  solistləri iştirak ediblər.

       Tədbirdə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirildi, Ulu öndər  Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş həmvətənlərimizin ruhu bir dəqiqəlik  sükutla yad edildi.

     Silahlı Qüvvələrin yaranmasının  104 -cü ilinə həsr olunmuş tədbirdə  Azərbaycan Tarixi Muzeyinin  rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə ətraflı çıxış etdi

      Tədbirdə  26 iyun  Silahlı Qüvvələr günə həsr olunmuş  «Xalqmızı Qabiliyyətə aparan Ordu» adlı  sənədli film nümayiş etdirildi.

       Bakı şəhər Mədəniyyət Baş  İdarəsinin Abbas  Mirzə Şərifzadə  adına Mədəniyyət Mərkəzinin  solistləri cıxış etdilər. Tədbirin sonunda Xatirə şəkilləri çəkildi və Azərbaycan Hərb Tarixi Müzeyinin  rəhbərliyinin təşkilatclığı ilə çay süfrəsi təşkil edildi.

Bu xəbəri paylaşın: