Peşəkarlığı, hümanistliyi, vətənpərvərliyi, işgüzarlığı, tələbkarlığı, təşkilatçılıq bacarığı və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirən Silahlı Qüvvələrin və Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant Abdullayev Fuad Yolçu oğlunun iyun ayının 25 — də 55 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələr və Müharibə Veteranı Abdulayev Fuad Yolçu oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Fuad Yolcu oğlu Abdullayev 1967 -ci ilin iyun.ayınin 25 — də Bakı şəhərində anadan olub. Əslən Tovuz rayondandır.
1984 -cu ildə Bakı şəhərində Fizika, riyaziyyat və informatika təmayüllü liseyi, 1989-cu ildə Ryazan Ali Hərbi Avtomobil Mühəndislər məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki-təlim toplanışlarında, xüsusi-taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1989 — 1990 -cı illərdə Sovet Ordusunun Tallin şəhərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, 1991- 1992 -ci illərdə isə Müdafiə Nazirliyinin Şıxovda yerləşən hərbi hissəsində, hərbi hissə komandirinin texniki hissə üzrə müavini olub. 1992 — 2013 -ci illərdə Daxili Qoşunların Nizami, Binəqədi, Füzuli, Nərimanov rayonunda və Şirvan (kecmiş Əlibayramlı) şəhərində yerləşən Konvoy- Mühafizə , Tədris, Əməliyyat və Xüsusi Motorlaşdırılmış polis alaylarında avtomobil və zirehli texnika xidməti rəisi, tabor komandiri, hərbi hissə komandirinin Silah və texnika üzrə müavini, hərbi hissə komandirinin Maddi — texniki təminat xidmətləri üzrə müavini, DaxiliQoşunların Başİdarəsinin avtomobil və zirehli texnika şöbəsində baş zabit vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib .
Silahlı Qüvvələrin və Müharibə Veteranı, «Azərbaycan Vətən Müharibəsi Veteranları » İctimai Birliyinin üzvü ehtiyatda olan Polkovnik-leytenant Abdullayev Fuad Yolcu oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrini icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəldiyinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, Şöbə rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə görə » döş və yubiley nişanları ilə təltif olunub, bir cox fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə , hərbi xidmətdə və «Azərbaycan Müharibəsi Vətən Müharibəsi Veteranları» İctimai Birliyində ona həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif edilib:
— » Silahlı Qüvvələr Veteranı «medalı ilə;
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
— » Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə;
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medalı ilə
— Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətinə görə,
— «Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— «Böyük Zəfər» medalı ilə ;
— «Müharibə Veteranı » medalı ilə
-«Silahlı Qüvvələrin yaranmasının » 100 illiyi medalı ilə;
FUAD 55 YAŞİN MÜBRƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev








