Yüksək duz tətbiqi siçanın işığı tənzimləməsi hissini gücləndirdi. Duz kütləsi şişin böyüməsinə maneə törədir. (Hasselt Universiteti, Belçika)
O, «Həyatın dadı, duzdur», deyən bir mütəxəssisdir..Bədənimizdə duz olmasaydı, heç bir fikir düşünə bilməyəcəyimizi bilirdinizmi?
Əvvəllər duzdan yeməyi duzlamaq üçün deyil, düşünmək qabiliyyətinə malik olmaq üçün istifadə edirdilər.
Hazırda dünyada on minlərlə insan heç bir özgə qatı maddələr olmadan yalnız su, duz və günəşlə qidalanmaqdadır.
Bir çox insanlar vitaminin orqanizmin istehsal edə bilmədiyi bir maddə olduğunu düşünərək, onun xaricdən alınması lazım olduğunu düşünürlər. Əslində bu düşüncəylə asılılıq yaradılır. Ona görə də bizi maraqlandıran maddə deyil, bizi onun enerji mənbəyidir.Təbii duzda 84 element var. İnsan orqanizmi su və duzdan ibarətdir və bu duz da təbiətdəki duz kimi 84 elementdən ibarətdir.
Öyrəndiklərimizə əsasən, vacib olan elementin özü deyil, onun məzmunu, məlumatı, dalğa uzunluğu və ya tezlik modelidir. Təbii duz fiziki olaraq bədənimizdə olması lazım olan bütün elementlərin olması deməkdir.
Bədənimizdə hər hansı bir element əskik olduqda, onun duzda olduğunu bilirik. Bu 100%-lik rezonans adlanır. 1897-ci ildə cənab Şübler müəyyən etdi ki, insan bədənləri yandırıldıqda qalan hissə duzdan ibarətdir.
Duz neytral gücə malikdir, bu güc bədənin tarazlığını təmin edir.Bədənin daxilində və ya xaricində olan bütün vibrasiya dərəcələri duz ilə tamamilə zərərsizləşdirilə bilər.
Bəlkə köhnə adət-ənənədən bilirsiniz ki, yeni evlənənlərin evlərinin dörd bir tərəfi duzlanırdı. Bunu da pis ruhları qovmaq və ya uzaqlaşdırmaq üçün edirdilər. O dövrün pis ruhları günümüzün mənfi enerjiləri deməkdir.
İndi biz bilirik ki, yalnız duz kristal quruluşuna görə radiasiya hallarını neytrallaşdırır. Məsələn, atom zibilləri olan radiasiya qalıqları duz çənlərində saxlanılır.
Bu sirr onun həndəsi formasında gizlənən bir sirrdir. Duzda fiziki bədəni təşkil edən hər cür vibrasiya nisbətinin olduğu qədim zamanlardan məlumdur.Məsələn, prezident və ya baş nazir Polşaya səfərə gedəndə ona duz-çörək verirlər (Bu adət elə türklərdə də mövcuddur — red.). Bu dostluq rəmzi olaraq qonaq qəbul etməkdir və həmin şəxslə ömürlük dostluq yaranmasına işarədir.
Süfrədə duzunuzu paylaşdığınız insanla da dost olursunuz, çünki onunla eyni tezlikdə titrəyirsiniz. Keçmişdə bir Roma əsgəri maaş olaraq bu «ağ qızılı» puldan üstün tuturdu.
Duzu başabaş qızılla dəyişirdilər.
Səlib yürüşləri Qüdsü bütpərəstlərdən xilas etmək üçün deyil, Ölü dənizdən duz çıxarmaq hüququ əldə etmək üçün edilirdi. Bu «ağ qızılın» mənasını və əhəmiyyətini düzgün anlamaq üçün tarixi düzgün dərk etməliyik.
Sal sözü latın dilindəki «Sol» sözündəndir ki, bu da sole ilə eyni kökdən, su və duzun əmələ gətirdiyi qarışığın adıdır və latınca olduğu kimi italyanca da günəş deməkdir.
Sole elmi olaraq maye günəş işığı, biofotonlar, işıq kvantları deməkdir.
Başa düşmək lazımdır ki, bir çox insanın orqanizmində natrium xlorid olsa da, duz əskik olduqda, əslində damarlarında işıq olmur, bədənlərində bütünlük itir.
Mənbə: Peter Ferreira
