Beyləqan rayonu H. Əliyev Mərkəzində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104 illiyi ilə bağlı tədbir keçirilib.
Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Beyləqan rayon İH əməkdaşları, ictimaiyyət nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri olan Qarabağ müharibəsi veteranları, rayondakı idarə, müssisə və təşkilatların nümayəndələri iştirak edirdilər.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış edərək, AVMVİB sədri Füzuli Rzaquliyevin adından tədbir iştirakçılarını və xalqımızı təbrik etdi. Müzəffər ordumuzun düşmən üzərindəki tarixi qələbədən və bu müqəddəs yolda öz canından keçmiş qəhrəman şəhidlərimizdən danışdı.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan







