AVMVİB Nəsimi və Binəqədi rayon şöbələri birgə tədbir keçiriblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi və Binəqədi rayon şöbələri Ordumuzun 104-cü ildönümü münasibətiylə birgə tədbir keçiriblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov tarixi günlə bağlı çıxışlar ediblər.


Qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı misilsiz zəfərin tarixi əhəmiyyəti barədə də çıxışlar oldu. Çıxış edənlər şəhidlərimizi rəhmətlə anaraq Qəhrəman ordumuzun 44 günlük Vətən müharibəsində yazdığı tarixdən söz açdılar.


Rayon şöbələri öz fəal üzvlərini Fəxri fərmanla təltif ediblər.

Elnur Səlim

Bu xəbəri paylaşın: