AVMVİB Xankəndi şəhər və Xocalı rayon şöbələri tədbir keçirdilər

Silahlı Qüvvələrin 104-cü ildönümü münasibətilə AVMVİB Xankəndi şəhər və Xocalı rayon şöbəsinin üzvü olan şəhid ailələri və müharibə veteranları da bir araya gəliblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev məlumat verib və bildirib ki, fəal şöbə üzvləri bayram münasibətiylə təltif ediliblər.

R. Ağayev, hərb tariximizin ən şanlı səhifəsi sayılan 26 İyun — Silahlı Qüvvələr Günü münasibətilə müharibə veteranlarını səmimi qəlbdən təbrik edib, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətdə olan ordumuza uğurlar arzulayıb.

N. Məmmədli

Bu xəbəri paylaşın: