Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bildirib ki, Silahlı Qüvvələrin 104-cü ildönümü ilə bağlı rayon veteranları N saylı hərbi hissəyə baş çəkiblər.
Tədbirdə AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsinin sədr müavini Məmməd Məmmədov və Beyləqan rayonundan olan mədəniyyət işçiləri iştirak ediblər.
Həmçinin Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Silahlı Qüvvələr Günü münasibətilə Xocavənd rayon ərazisində yerləşən hərbi hissələrdə olub. Keçirilən tədbirlərdə şəhid ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər. Kürdəmir Regional Mədəniyyət İdarəsi Xocavənd Rayon Mədəniyyət evi tərəfindən vətənpərvərlik və qələbə sevinci dolu musiqilərlə tədbirlər davam etdirilib. Sonda əsgərlərə bayram münasibətilə hədiyyələr təqdim edilib.
Elçin Qədirov




