AVMVİB Abşeron şöbəsi Ordu Gününü qeyd edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarovun verdiyi məlumata görə, rayon veteranları Ordumuzun 104-cü ildönümünü qeyd ediblər.

Cabbar Cabbarov bildirib ki, hər zaman olduğu kimi, bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarını dərin ehtiramla yad edir, unudulmaz xatirəsini əziz tuturlar. Eyni zamanda, şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlarda sağlamlığını itirən döyüşçülərimizi də 26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

E. Səlim

Bu xəbəri paylaşın: