AVMVİB Biləsuvar rayon şöbəsində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanovun verdiyi məlumata görə, rayon veteranları Silahlı Qüvvələr Günüylə bağlı şəhidlərimizin məzarlarını və sıralarımızı vaxtsız tərk etmiş qazilərimizin məzarlarını ziyarət ediblər.

Müharibə veteranları şəhidlərimizə Allahdan rəhmət diləməklə yanaşı, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı ürəkdən təbrik edib, Ordumuza isə Vətənə, xalqa, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətdə uğurlar arzulayıb.

Elçin Qədirov

Bu xəbəri paylaşın: