Müharibə veteranlarına verilən 80 manatlıq müavinət məsələsinə yenidən baxılacaq

Əmək və əhalinin sosial siyasət naziri Sahil Babayev parlamentdə çıxışı zamanı, müharibə veteranlarına verilən 80 manatlıq müavinət məsələsinə aydınlıq gətirərək bildirib ki, bu məbləğin artırılması üzərində iş gedir və bu işə sosial islahatlar çərçivəsində baxılacaq.


İndiyədək 15 min müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb edilib.


Fədai.az «Xəzər Xəbər»ə istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial siyasət naziri Sahil Babayev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələcəkdə daha çox sayda müharibə iştirakçısı məşğulluq proqramı çərçivəsində işə cəlb olunacaq.


«Onlar sağlamdır və işləyə bilərlər. Biz onları işlə təmin etməyə çalışacağıq», — nazir deyib.

Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov veteranlara verilən müavinətlə bağlı təkliflə çıxış edib.

Deputat təklif edib ki, bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın. 

«Veteranların müavinəti 80 manatdan 130 manata çatdırılmalıdır. Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər».

Bu xəbəri paylaşın: