Bakı Slavyan Universitetində İMTAHANSIZ İkinci Ali Təhsil Almaq Şansı

Bakı Slavyan Universiteti (BSU) 2020-2021 –ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla ikinci ali təhsil və ixtisasdəyişmə proqramları üzrə tələbə qəbulu elan edir

İkinci ali təhsil və ixtisasartırma üzrə ixtisaslar:
– “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”;
– “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”;
– “Xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus dilləri üzrə)”;
– “İbtidai sinif müəllimliyi” (Azərbaycan və rus bölmələri);
– “Təhsildə sosial-psixoloji xidmət” (Azərbaycan və rus bölmələri);
– “Məktəbəqədər təlim və tərbiyə” (Azərbaycan və rus bölmələri);
– “Beynəlxalq münasibətlər”.


İkinci ali təhsil üzrə təhsil müddəti 3 il, ixtisasartırma üzrə təhsil müddəti 1 ildir.


Tələb olunan sənədlər:
1. Rektorun adına ərizə;
2. Ali təhsil haqqında diplomun surəti;
3. Qiymət vərəqinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti;
5. 4 ədəd fotoşəkil (3×4);
6. İş yerindən arayış;
7. Nikah haqqında şəhadətnamənin surəti;
8. Tərcümeyi-hal.


QEYD: (Diplom və diploma əlavə notarial qaydada təsdiq olunmalıdır).
– IV kurs tələbələri təhsil aldıqları universitetdən diploməvəzi müvəqqəti olaraq arayış təqdim edə bilərlər;


– Sənədlər onlayn qəbul olunacaq: 📧 E-mail: qiyabi@tedris-bsu.org
Təfərrüat üçün ☎ Telefon: (012) 599-08-70 Daxili nömrə: 104 və ya 142
📞 Mobil: (050) 333-73-80 saylı telefonlarla əlaqə saxlamaq olar.

Bu xəbəri paylaşın: