Zaxarova Suriyanın dərdini çəkib Türkiyəyə xəbərdarlıq edir

Türkiyəli tərəfdaşlarımızı gərginliyi təhlükəli şəkildə artıra biləcək addımlardan çəkinməyə çağırırıq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

«Hesab edirik ki, Suriyanın qanuni hökumətinin razılığı olmadan həyata keçirilən silahlı fəaliyyət bu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozur», — Zaxarova bildirib.

Maşanın bu açıqlaması Türkiyə ilə Finlandiya və İsveç arasında imzalanmış sənəd sonrası verilməsi siyasi dairələrdə bir mənalı qarşılanmayıb. Əsasən bu açıqlama Rusiyanın etirazı kimi anlaşılıb.

Bu xəbəri paylaşın: