Dünyanın ən ensiz dövləti: Orada əhali necə yaşayır?

Böyük və kiçik, hətta cırtdan ölkələr var. Demək olar ki, hər kəs onlar haqqında nəsə bilir. Ancaq dünyanın ən ensiz ölkəsi haqqında az adam bilir. Bu nə dövlətdir və harada yerləşir?

Polineziya dövləti olan Tuvalu dünyanın ən dar və ensiz ölkəsi kimi tanınır. 26 kvadrat kilometr ərazini əhatə edən bu ölkə, ekvatorun cənubunda Sakit Okeanda yerləşir və atoll və adalar toplusudur. Uzun illərdir ki, adaların bir-birindən çox uzaqda yerləşməsinə baxmayaraq, yerli sakinlər burada yaşayırlar.

Ən çox Tuvalular mərkəz Vaitupu adasında yaşayırlar. Sahəsi təxminən 5 kvadrat kilometrdir. Bununla yanaşı, ölkənin ən kiçik adası, sahəsi 420 metr olan Niulakita adası sayılır.

Ölkədə dağlar və düzənliklər olmadığı üçün vətəndaşların hər gün təmiz çimərliklərə baş çəkmək imkanı var. Baxmayaraq ki, ada ölkəsində yaşamağın mənfi tərəfi var. Adalarda su basması ilə bağlı kataklizmlər qeyri-adi hadisə deyil. Binaların və ağacların zədələri 1972-ci ilin fəlakətini xatırladır.

Tuvalunun paytaxtı ayrı bir adada yerləşən Funafuti şəhəridir. Əhalisi 5 min nəfərdir.

Dövlətin öz siyasəti və valyutası var.

Tuvalu kiçik ölkə olmasına baxmayaraq, beynəlxalq siyasi münasibətlərin tamhüquqlu iştirakçısı olmaqla BMT-nin üzvüdür. Olimpiya oyunlarında bu ada ölkəsinin idmançıları iştirak edirlər.

Ölkənin milli valyutası Avstraliya dollarına bərabər olan Tuvalu dollarıdır. Ölkə daxilində dövriyyədə istifadə olunur. Bununla belə, emissiya forması (metal sikkələr) çox əlverişli olmadığı üçün yerli sakinlər tez-tez digər valyutalardan, xüsusən də Avstraliya dollarından istifadə edirlər.

Turizm ölkədə ən çox inkişaf etmiş sahədir və bu, yerli hakimiyyət orqanları tərəfindən dəstəklənir. Bu ərazi yerli sakinlərə gəlir gətirdiyi üçün çoxlu sayda turisti mehribanlıqla qəbul edirlər.

Bu xəbəri paylaşın: