Heç kim unudulmur və heç nə yaddan çıxmır!

Müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hər zaman göstərdiyi həssas və qayğıkeş münasibətə görə «Sumqayıt Tibb Mərkəzi» Publik Hüquqi Şəxsin direktoru Səkinə Nüzəffər qızı Sadıxova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri fərmanıyla təltif olunub.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov məlumat verib.


Zəkəriyya Rəhimov bildirdi ki, «Sumqayıt Tibb Mərkəzi» Publik Hüquqi Şəxsi direktor Səkinə Sadıxova başda olmaqla daim müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğıyla yanaşıb. Gələcəkdə də bu işi davam etdirmək nəzərdə tutulub və səyyar müayinələrin təşkil olunması planlaşdırılır.

Ümumiyyətlə, həm kollektiv, həm də rəhbərlik öz işini müasir tələblərə uyğun şəkildə qurması ürək açandır. Biz də veteranlarımız adından öz minnətdarlığımızı bildirmək üçün Tibb Mərkəzinə gəldik.


«Sumqayıt Tibb Mərkəzi» Publik Hüquqi Şəxsin direktoru Səkinə Sadıxova bu diqqətə görə AVMVİB sədri Füzuli Rzaquliyevə öz minnətdarlığını bildirdi. Qeyd etdi ki, Vətən uğrunda vuruşan hər kəs bizim üçün əzizdir. Daim onlara qayğı göstərməyə çalışırıq.


Daha sonra xatirə şəkilləri çəkdirildi.


Təbrik edirik!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: