Ruslar Qarabağda könüllülərdən ibarət erməni ordusu qurur

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahın İdarə Heyətinin rəis müavini, polkovnik Sahak Saakyan bu gün jurnalistlərə bildirib ki, hərbi-siyasi rəhbərlik Qarabağda müqaviləli hərbçilərlə xidmətin aparılması barədə qərar qəbul edib. Bu çağırışdan etibarən yeni çağırışçılar Ermənistandan Qarabağa xidmət etməyə getməyəcəklər. Məqsəd eynidir, — mümkün qədər yeni çağırışçıları cəbhə xəttindən çıxarmaq.»

S. Sahakyanın sözlərinə görə, Qarabağda xidmətin cəlbediciliyi üçün ciddi paket hazırlanıb, hansı ki, bu paketə əsasən Qarabağ «Müdafiə Ordusunun» vakant yerləri müqaviləli həbçilərlə doldurulur.

Onun sözlərinə görə, guya Ermənistan Müdafiə Nazirliyi və Baş Qərargahın əsas məqsədlərindən biri də valideynlərin narazılığını nəzərə alaraq yeni çağırışçıları mümkün qədər cəbhə xəttindən çıxarmaqdır. Əslində isə, mənə görə bu növbəti bir erməni hiyıəsindən başqa bir şey deyil. Bu qərarla əsas məqsəd gənc və təcrübəsiz erməni dğalarını sərhəd bölgəsindən uzaqlaşdırmaq və müqaviləli hərbçiləri yüksək maaşla Qarabağda və sərhəd boyu yerləşdirərək yeni təhlükə zonası yaratmaqdan ibarətdir.

TANRIVERDİ İSMAYIL — BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: