İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən müharibə veteranı İbrahim Alahverdiyevdir. Polkovnik-leytenant Alahverdiyev İbrahim Hümbət oğlunun İyul ayının 1 — də 67 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı istefada olan Polkovnik-leytenant İbrahim Alahverdiyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
1955 -ci ilin iyun ayının 1- də Azərbaycan Respublikasının Saatlı rayonunun Kirov kəndində anadan olub.
1975 — ci ildə Saatlı rayon təhsil İdarəsi üzrə Kirov kənd orta məktəbi, 1983 -cü ildə S.M Kirov adına Azərbaycan Dövlət Ünverstetinin kitabxanaşünas- blioqraf fakultəsini bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarında, müvafiq kurslarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1975- 1977 — ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətə olub
1983 — 1991 -ci illərdə S.M.Kirov adına Maşınqayırma zavodunda müxtəlif vəzifələrdə və komsomol təşkilatın katibi, » Salyut » Pioner düşərgəsinin rəisi vəzifələrində işləyib.
1992 — 2007 — ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Ağdam, Nərimanov Xacmaz və Xəzər rayonlarında, Gəncə şəhərində yerləşən hərbi hissələrində və Ali Hərbi Məktəbdə klub rəisi, təlimatçı, tərbiyə bölməsinin rəisi -baş təlimatçı, hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, baş müəllim vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
İbrahim Alahverdiyev 2009 — cu ildən etibarən Sabuncu rayonu üzrə Bakı şəhər Təhsil idarəsinin 81 nömrəli tam orta məktəbində hərbi rəhbər- müəllim vəzifəsində çalışır.

Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdərə, Ağdam, Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və nümnəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Daxili Qoşunların məktəb rəisinin , hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmətələrə Görə » döş və yubiley nişanları ilə ,bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
— «Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
İBRAHİM BƏY, 67 YAŞIN MÜBARƏK !!!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev