Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında öz dəst-xətti olan yüksək peşəkarlığı və humanistliyi, dərin zəkası və gözəl nitq qabiliyyəti, dəqiqliyi və təmkinliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə secilən ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirən Müharibə Veteranı ehtiyatda olan mayor Mülkədar Gözəlovun İyul ayının 1 -də 57 yaşı tamam olur
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan müharibə veteranı ehtiyatda olan Mülkədar Gözəlovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə onu, istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə Veteranı ehtiyatda olan mayor Gözəlov Mülkədar Ağabəy oğlu 1965 — ci ilın iyul ayının 1 -də Azərbaycan Respublikasının İmişli rayonunun Sərxanlı kəndində anadan olub.
1982 -ci ildə İmişli rayonun Təhsil İdarəsinin Sərxanlı kənd orta məktəbi, 1988 — ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunu , 1991 -ci ildə Zabitlərin İxtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda , xüsusi- taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1988- 1992 -ci illərdə İmişli rayonunda Oqronom vəzifələrində işləyib.
1993- 1999 -cu illərdə Daxili Qoşunların Döyüş bölgələrində və Bakı şəhərlərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə, DQBİ -nin Doyuş Hazırlığı İdarəsinin Kimya xidmətində baş zabit, 2000- 2014 -cü ilərdə isə DQBİ-nin Qərargahının Növbətiçi xidmətində və Kimya şöbəsində baş zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib
Mülkədar Gözəlov 2015- 2021 — ci illərdə Sənaye və İnnovasiya üzrə Bakı şəhər peşə təhsil mərkəzində hərbi rəhbər- müəllim vəzifəsində işləyib.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib .Müharibə Veteranıdır.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş nişanları ilə, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə;
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
MÜLKƏDAR BƏY, 57 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev