Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətiylə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində çalışan müharibə veteranları və şəhid ailələrinə birdəfəlik maliyyə yardımı göstərilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.
Natiq Həsənov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevə bu örnək addıma görə veteranlar adından minnətdarlığını bildirib və qeyd edib ki, B. Rzayevin təyinatından sonra müharibə iştirakçılarına və şəhid ailələrinə qayğı bir ənənə halını alıb. İstər onların problemlərinin həllində, istərsə də şəhid adlarının əbədiləşdirilməsində daim öz dəstəyini əsirgəmir.
E. Səlim