PAŞİNYANDAN TSARUKYANA QARŞI SƏRT İTTİHAMLAR

Paşinyan «Çiçəklənən Ermənistan» partiyasının lideri Qaqik Tsarukyanın ona qarşı irəli sürdüyü istefa çağırışına dözmədi. Necə deyərlər: «AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI».


Bu gün erməni mətbuatında Q. Tsarukyanın 1979-cu ildə qrup halında törətdiyi cinayət əməlinə görə Ermənistan SSR Ali məhkəməsi tərəfindən 7 il həbs Cəzası aldığı barədə və bu cinayətin detalları ilə açıqlanması barədə geniş yazılar dərc olunub.


Yazıda bildirilir ki, 1979-cu ilin iyun ayında Tsarukyan 4 nəfər dostları ilə birlikdə restoranda tanış olduqları iki turist rus qızlarını yedirib-içirdikdən sonra aparıb onlara işgəncələr verərək, «zorlayır»lar və qızıl əşyalarını, pullarını da oğurlayıb qaçırlar. Qızların şikayəti nəticəsində 4 nəfərlik quldur dəstəsi yaxalanır və cinayətə cəlb olunurlar.

Beləliklə də, onların hər birinə layiqli cəzaları verilir. O zaman qoruyucu polis nəfəri işləyən Q. Tsarukyan 7 il həbs cəzası alır və cəzasını axıracan bu cəzanı çəkir.


İndiyə qədər Tsarukyanın niyə sakit durmasının səbəbləri, beləcə məlum oldu.


İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni araşdirmaları elmi tıdqiqat və tədris Mərkəzinin Böyük elmi işçisi.

Bu xəbəri paylaşın: