Müharibə əlilini qanunsuz işdən çıxaran Ağcabədi rayon Elektrik şəbəkəsinin müdiri cərimələnməlidir

AVMVİB Xocavənd rayon şöbəsinin sədr müavini Yusif Həsənov sosial şəbəkədə müharibə əlilinin qanunsuz işdən çıxarılması barədə paylaşım edib.

Yusif Həsənov yazır: «İbrahimov Şahsuvar Yelmar oğlu, Xocavənd rayon Əmirallar kənd sakinidir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, fəal iştirak etmiş, hərbi travma almış və 3-cü qrup əlildir.

Şəhid qardaşıdır. AVMVİB-nin «Milli Ordu 100» xatirə medalı ilə təltif olunmuşdur. Uzun illərdir ki, Ağcabədi rayonunda məskunlaşıb.

1995-ci ildən özü və oğlu İbrahimli Tural, həmin rayonun elektrik şəbəkə sistemində işlə təmin olunublar. Lakin, 2020-ci ilin fevral ayının 18 -dən, Ağcabədi rayon Elektrik şəbəkəsinin müdiri Fariz İsmayılov, Qarabağ qazisini və onun oğlunu, səbəbsiz yerə işdən azad etmişdir.

Нет описания фото.

Şəhid anası Paket İbrahimova, cənab Prezidentimizə müraciət edərək, bu işin araşdırılmasını və övladlarının öz işlərinə geri qaytarılmasını xahiş edir.»

Məmur öz başınalığı…Ölkə rəhbərinin dedikləri hələ də bu adamlara çatmır. Əlili qanunsuz olaraq işdən çıxaran Ağcabədi rayon Elektrik şəbəkəsi rəhbərliyinin diqqətinə bir sıra nüansları çatdırırıq. Azərbaycanda əlillərin əmək hüquqları 2008-ci ildə qoşulduğu «Əlillərin hüquqları haqqında» Konvensiyaya ilə də müdafiə olunur.

Əlillərin əmək hüquqlarının qorunması, bu təbəqədən olan insanların məşğulluğunun və işlə təminatının təşkili, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsi həmişə aktual məsələlərdən olub. Bu səbəbdən də əlillərin əmək hüquqlarının qorunması həm milli qanunvericilik, həm də beynəlxalq qanunvericilikdə xüsusilə əhəmiyyət kəsb edir.

На изображении может находиться: 1 человек

Ağcabədi rayon Elektrik şəbəkəsinin müdiri Fariz İsmayılovun nəzərinə çatdıraq ki, qanunvericilikdə əlillərə əmək hüquqlarını həyata keçirməyə imkan verən müəyyən üstünlük də mövcuddur: «Müvafiq müəssisədə, idarədə və ya təşkilatda işçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil olmuş işçilər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər. Habelə, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər attestasiya olunmaqdan azad olunurlar. Xüsusi olaraq qeyd edək ki, müvafiq müəssisədə, idarədə və təşkilatda işəgötürənlərin öz təşəbbüsü ilə əlillərə müəyyən üstünlüklər verməsi halları da qanunla qadağan edilmir. Qanunvericiliyə görə, müəssisə, təşkilat müdiriyyətinin ixtiyarı var ki, əlill işçilərin səhhətindən asılı olaraq onların əmək normalarını azaltsın və əməyini artırılmış qiymətlərlə ödəsin».

Нет описания фото.

Yəqin ki, möhtərəm müdir 2020-ci ildə İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilməsindən də xəbərsizdir.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına görə:

— əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

— əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

— müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə; — müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

— əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək. Bundan əlavə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

İnanırıq ki, bu qəbildən olan insanlara diqqət və qayğısı ilə müsbət mənada fərqlənən «Azərenerji» ASC rəhbərliyi bu fakta da diqqət yetirəcək və şəhid anasının müraciətinə biganə qalmayacaqdır.

Elnur Səlim

Bu xəbəri paylaşın: