Dünyada ən qədim abidə və tarix Türklərə məxsusdur

Fotoda əsrlər boyu Çin tərəfindən gizlədilən qədim Türk piramidalarıdır. Çinin Şian şəhərindən 100 kilometr uzaqlıqdakı Qin Ling Shan dağlarında olan bu piramidaların ən böyüyü Ağ Piramida adlanır və Misir piramidalarından 2 dəfə yüksək, 300 metr hündürlüyündədir. Bu dağlarda irili-xırdalı 100-dən çox piramida var.

Bu piramidalar ən azı eradan 2 min 500 il əvvəl tikilib.


Çin hökuməti tərəfindən əraziyə giriş qadağandır. Çində “Ağ piramidalar” və ya “Türk piramidaları” adlanan bu tarixi adidəyə daxil olub oradan hər hansı foto-video görüntü çlxarmaq qadağan edilib. Hətta piramidaların üzərləri torpaqla örtülərək ağaclar əkilib. Kənardan baxıldığı zaman piramida formasında təpəliklər görmək mümkündür. Bölgəyə giriş qadağan edilsə də türk elm adamları piramidaların içinə girməyi bacarmış və bəzi şəkillər çəkmişdilər.

Türk tədqiqatçı-yazıçı Oktan Keleş piramidaları səfər edəndə Türk tarixinin başdan sona dəyişəcəyin deyib. Yaşlı bir Çinli rəhbər ilə piramidalara girən Keleş piramidaların içində Türklərə aid simvol, heykəl və yazılar olduğun təsdiq edib. Piramidanın içində 2 metrə yaxın bir mumiya, üzərində Qurd və ayyıldız simvolları olan geyim görmüşdür. İçəridə 3 metr hündürlüyündə Oğuz Xaqanın məzarı olduğun təsdiq etmişdir. Piramidanın içində bir mumya gördüklərini deyən Keleş, gördükləri mənzərənin qarşısında dayanan çinli rəhbərin sonra diz çökərək özü-özünə nəsə dediyini bildirib. Çinli rəhbər hətta tez çıxmaq lazımdır deyərək əsəbiləşib: «Sonra çinli rəhbər buradan tez çıxmaq lazımdır deyərək bizim burada birazda qalmaq istəməyimizə əsəbləşdi. Aşağıya düşən yola girmək istədiyimizi deyəndə o əsəbləşərək ordan çıxmağın çətin olduğunu dedi. Bizdə məcbur razılaşmalı olduq.»
3 metrlik baş fiqurunun nə olduğunu ssoruşanda çinli rəhbər araşdırmaçılara: «O sizin atanız Oğuz Xaqanın təmsili surətidir» deyib.

Misir Piramidalarından fərqli olaraq Türk xaqanlarının məzarları Piramidaların altında dəfn edilmişdir. Burada qədim kitablar var. Hətta Peyğəmbərimiz Elm Çində olsa belə gedin sözün deyəndə bu piramidalarda saxlanan qədim kitabları deyirdi.

Aşağıdakı fotoşəkildə də görüldüyü kimi, Çin səlahiyyətliləri, bu sivilizasiya sənədlərini dünyanın gözündən gizləyə bilmək üçün, üzərlərinə davamlı yaşıl qalan ağaclar əkmişdir. Beləcə illər sonra bu piramidalar, üzəri meşə ilə bağlı təpəciklərə çevriləcəklər. Beləcə, Çinlilərə aid olmadığı qəti olan bu sivilizasiya şah əsərləri bəlkə bir yüz il daha insanlığın məlumatından uzaq tutulacaq.

Yusif Huseyn (Fb)

Araşdırmaların davamı olacaq…

Bu xəbəri paylaşın: