«Akıncı»-da lazerlə idarə olunan raket sınaqdan keçirildi

Türkiyə Bayraktar “AKINCI” pilotsuz uçuş aparatının (PUA) lazerlə idarə olunan raketini sınaqdan keçirib.

Türkiyə mətbuatı xəbər verir ki, Bayraktar “AKINCI” zərbə vuran pilotsuz uçuş aparatı milli Aselsan şirkəti tərəfindən hazırlanmış “LGK-82” lazerlə idarə olunan raketi uğurla buraxıb.

Məlumata görə, iyulun 1-də pilotsuz təyyarə Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxıb və 9 min metrdən çox hündürlükdə lazerlə idarə olunan qanadlı raket atıb və hədəfi dəqiqliklə vurub.

Əvvəllər pilotlu təyyarələr tərəfindən istifadə edilən bu növ sursat ilk dəfə “AKINCI”-da sınaqdan keçirilib.

Bu xəbəri paylaşın: