AVMVİB Səbail rayon şöbəsində Polis Günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin üzvləri Azərbaycan Polisinin yaranmasının 104 illiyi ilə bağlı tədbir keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə məlumat verib.

Tədbir Vətən uğrunda öz canından keçmiş şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsiylə başlanıb.


Fəqan Nəsibzadə bildirib ki, İyulun 2-də Azərbaycan Polisi yaranmasının 104-cü ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.


Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Polislərimiz. həm Vətənin müdafiəsində, həm də asayişin keşiyində daim ləyaqətlə durublar.


F. Nəsibzadə polisləri peşə bayramı münasibətiylə təbrik edib.


N. Məmmədli

Bu xəbəri paylaşın: