Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) öz fəal və Vətən uğrunda gedən döyüşlərdə böyük xidməti olmuş döyüşçüləri daim diqqətdə saxlayır. Müharibə veteranı, polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı erməni terrorizminə qarşı mübarizənin fəal iştirakçısı olmuş Mövsüm Şahin oğlu Məmmədov Xatirə medalıyla təltif edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev M. Məmmədovu təbrik edərək bildirdi ki, istər Birinci, istərsə də İkinci 44 günlük Vətən müharibəsində xidmətləri olan Mövsüm Məmmədov hər zaman öndə gördüyümüz qəhrəmanlarımızdandır. O, 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, düşmən qüvvələrinə ağır zərbələr vurulmasında iştirak edib. Hələ orduuzun olmadığı günlərdə Vətənimizin və xalqımızın müdafiəsinə qalxan qəhrəman Azərbaycan polislərindəndir. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. Polis polkovnikdir və bu gün də müharibə veteranlarının problemlərinin həllində daim öndədir.
Ona görə də silahdaşımızı AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif etdik.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti




