Həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir. İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də öz insanlığınız,Npeşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan. Ad gününüz mübarək olsun dəyərli həkim. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayar, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən,peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib yaxşı ailə başçısı, yaxşı dinləyicisiz. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür.
Şaiq həkim iyul ayının 9 da sizin 51 yaşınız tamam olur. Bu gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev sizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər, şərəfli və fədakar fəaliyyətinizdə uğurlar arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni gün isə istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tibb Xidməti mayoru Muxtarlı Şaiq Gülməmməd oğlu 1971 — ci ilin iyul ayının 9 da Bakı şəhərində anadan olub .
1988-ci ildə Bakı şəhər Təhsil İdarəsi üzrə Xətai rayonun 260 nömrəli orta məktəbi, 1995 — ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitrib. O, Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalnda xidmət etdiyi illər ərzində bir necə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
O, öz ixtisası üzrə 1997 — 2000 — ci illərdə Azərbaycan Ordusunun Naxcvan Muxtar Respublikasında yerləşən hərbi hissəsində müxtəlif vəzifələrdə, 2000- 2019 cu illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların hərbi hospitalında baş ordinator vəzifəsində Vətənə Dövlətə və Xalqa, sədaqətlə xidmət edib. Şaiq həkim 2020 -ci ildən etibarən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi- Tibb Baş İdarəsinin Poliklinikasında öz xidməti vəzifələrini layiqincə yerinə yetirir.

Şaiq həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümnə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlaçı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 100 illiyi ( 1918 — 2018) yubiley medalı ilə;
-«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
-» Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
ŞAİQ HƏKİM, 51 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev








