İnsan ücün yada qaıan tarixlərində biri onun doğum günüdür. Brlə insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi , sadəliyi və səmimiyyəti, vətənpərvərliyi və insanpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirən müharibə vetiranı ehtiyatda olan tibb xidməti polkovnik leytenantı Hacıyev Rüvət Muxtar oğlunun İyul ayının 9 — da 60 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan tibb xidməti polkovnik — leytenantı Hacıyev Rüvət Muxtar oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Rüfət həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Tibb Xidməti polkovnik leytenant Rüfət Hacıyev 1962 -ci ilin iyul ayının 9 da Azərbaycan Respublikasının Ağdaş rayonunun Şəmsiabad kəndində anadan olub.
1982 — ci ildə Ağdaş rayonun Şəmsiabad kənd orta məktəbi, 1988 — ci Azərbaycan Dövlət Tibb İnstitutunu bitrib. Daxili İşlər Nazirliyi Daxili Qoşunlar ın Baş İdarəsinin hərbi hospitalnda xidmət etdiyi illər ərzində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda ixtisasartırma kurslarında, müvafiq seminar və konfranslarda fəal iştirak edib.

1988- 1990 -cı ilərdə Nijni -Novqorski ( Keçmiş Qorki) şəhərində cərrah həkim, 1990- 1992 — ci illərdə Bakı şəhərində Neftayırma zavodunun 2 saylı sanitar hissəsində calışıb
1993 — 2015 — ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Zəngilan , Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə ( hərbi hospitalda) tibb xidməti rəisi, cərrah , uro- nevrologiya şöbəsinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib.
Rüfət Muxtar oğlu Hacıyev Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalından Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra Müdafiə Nazirliyinin Hərbi Tibb Baş İdarəsinin Poliklinkasında işləyir.
O, 1993 — 1994 -cü ilərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Zəngilan, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Bu müddət ərzində o, şəxsi heyət arasında tibbi profilaktika tədbirləri həyata keçirmiş,ambulator şəraitdə yaraların üzərində kicik cərrahiyyə əməliyyatları aparmışdır. Döyüşcülərlə ön mövqeydə çiyin — çiyinə döyüşən Rüvət həkim onların sağlamlığı ilə problemləri vaxtında həll edə bilmişdir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın , hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
Yüksək insani keyfiyyətləri ilə və kamil həkimlik peşəsinə qadir Rüfət həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə fəxri fərmanla, qiymətli hədiyyələrlə, pulla, əlacı döş və yubiley nişanları ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
-«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi ( 1918 — 2008 ) yubiley medalı ilə;
— » Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi ( 1918 — 2013 ) yubiley medalı ilə;
«Qüsursuz Xidmətə Görə » 2 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə,
— «Qüsursuz Xidmətə Görə 1 -ci dərəcəli medalı ilə;- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim
RÜFƏT HƏKİM, 60 YAŞIN MÜBARƏK!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev




